Fransada istilərlə əlaqədar 19 bölgədə qırmızı həyəcan elan edilib

19:35 22 Avqust 2023

Fransada son günlər həddindən artıq istilər səbəbindən qırmızı həyəcan elan edilən bölgələrin sayı 4-dən 19-a yüksəlib.

Sitat.info xəbər verir ki, Fransa Meteorologiya İdarəsinin verdiyi açıqlamaya görə, daha 15 bölgədə temperaturun artması ilə əlaqədar qırmızı həyəcan rejimi tətbiq edilib.

Beləliklə, Drome, Yuxarı Luara, Rhone və Ardeche ilə yanaşı Ain, Luire, Isere, Lozere, Gard, Vaucluse, Herault, Aveyron, Tarn, Tarn-et-Garonne, Aude, Lot, Lot-et-Garonne, Haute- Garonne və Gers rayonları da qırmızı xəbərdarlıq siyahısına əlavə edilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti