Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) Avropanın ümumiyyətlə istilərin təsirinə məruz qalan hissələri üçün güclü yağış xəbərdarlığı edildiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, ÜMT sözçüsü Clare Nullis, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında verdiyi açıqlamada, Avropanın böyük bir hissəsini təsir edən isti dalğasının davam etdiyini söyləyib.
İsveçrənin böyük bir hissəsində temperatur təhlükəsi səviyyəsinin 3 və ya 4 səviyyəyə yüksəldildiyini və bu mövzuda xəbərdarlıq edildiyini bildirən Nullis, ölkədə şiddətli buzlaqların əriməsinin bu il də davam etdiyini bildirib.
Ayna
Sitat.info