İsrail: Əsgərimiz fələstinlilərin deyil, İsrail əsgərlərinin səhvi nəticəsində öldü

22:27 22 Avqust 2023

İsrail ordusu "Fələstin silahlı qruplarının hədəf aldığı iddia edilən bir əsgərin keçən ay Cənin Qaçqınlar Düşərgəsinə basqın zamanı İsrail qüvvələri tərəfindən səhvən öldürüldüyünü" açıqlayıb.

Sitat.info xəbər verir ki, İsrail ordusundan verilən yazılı açıqlamada: "Araşdırmalar nəticəsində David Yitzhakın 4 iyulda səhvən İsrail əsgərlərinin gülləsi ilə öldürüldüyü ortaya çıxdı", - deyilib.

Açıqlamada Cənin Qaçqınlar Düşərgəsindən geri çəkilmə zamanı Fələstinli qruplarla ordu arasında qarşıdurmaların yaşandığı, ordu hissələrinin bir binada şübhəli hərəkətlərlə qarşılaşdığı, Yitzhakın şəxsiyyəti müəyyən edilmədiyi üçün səhvən öldürüldüyü bildirilib. 

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti