Bayden bu dəfə tədbirdə yuxuladı

22:50 22 Avqust 2023

ABŞ prezidenti Co Baydenin meşə yanğınının törətdiyi dağıntıları görmək üçün getdiyi Havay adalarına səfəri zamanı yuxuya gedib. Onun bu görüntüləri sosial mediada gündəm olub. Baydenin davranışı əks reaksiyaya səbəb olub.
Sitat.info xəbər verir ki, Maui bölgəsində meşə yanğınlarında ölənlərin xatirəsinə təşkil edilən mərasimdə Baydenin yatdığını əks etdirən görüntülər sosial mediada geniş yer alıb.

Vaşinqtonla Havay arasındakı saat fərqi və uzun yolun yorğunluğuna təslim olan  Baydenin görüntülərinə milyonlarla baxış və şərh gəlib.

Bəzi istifadəçilər, Baydenin belə mühüm bir görüşdə uyuya bilməsinin ölkə üçün “utanc verici” olduğunu yazıblar.

Digər tərəfdən, bəzi istifadəçilər 80 yaşlı Baydenin bu qədər uzun və yorucu bir səyahətdən sonra qatıldığı proqramda “yatmağı”nın normal olduğunu müdafiə ediblər.

Bayden daha əvvəl danışdığı podiumdan enərkən büdrəyərkən, boşluğa salam verərkən və velosipeddən yıxılarkən gündəmdə idi.

Nərgiz,

Sitat.info



Xəbər xətti