Avqustun 22-də axşam saatlarında işğal olunmuş Sevastopolda partlayışlar səslənib.
Sitat.info xəbər verir ki, bu barədə yerli Telegram kanalları məlumat yayıb.
“Krım körpüsündə saat 21:30-da avtomobillərin hərəkətinin müvəqqəti dayandırıldığı barədə məlumat yayılıb.
Sevastopolda partlayış səsləri və pulemyotlardan atəş səsləri eşidilir. Məlumata görə, Sevastopolda partlayış səsləri RF Silahlı Qüvvələrinin bölmələrinin Kazaçya körfəzində təlim keçməsi səbəbindən eşidilir.
Ayna,
Sitat.info