Yunanıstanda yanğınların davam etdiyi Evros bölgəsindəki meşəlik ərazidə 18 nəfərin cəsədi tapılıb.
Sitat.info xəbər verir ki, Yunanıstan dövlət kanalı ölənlərin mühacir olduğunu açıqlayıb.
Yunanıstan yanğınsöndürmə briqadasının sözçüsü Yannis Artopiosun verdiyi açıqlamaya görə, itkin düşmüş şəxslərlə bağlı məlumat verilməyib, Dadia meşəsində 18 cəsəd tapılıb.
Meyitlərin Meriçdən Yunanıstana daxil olan qeyri-qanuni miqrantlara aid olduğu təxmin edilir.
Ötən gün rayon ərazisində baş verən yanğınla əlaqədar bir çox yaşayış məntəqələrindən sakinlər təxliyə edilib, rayon sakinlərinə mobil telefondan uzaq durmaları ilə bağlı xəbərdarlıq mesajı göndərilib.
Ayna,
Sitat.info