Bu dəqiqələrdə telefonlara zəlzələ bildirişi gəlib.
Sitat.info xəbər verir ki, Android Zəlzələ Bildirişləri Sistemi üzərindən gələn zəlzələ xəbərdarlığında Bakıdan 202 km məsafədə baş verdiyi qeyd olunub.
Sosial şəbəkələrdə isə Cəlilabad və Cənub bölgəsində 5.5 bal gücündə zəlzələ baş verdiyi bildirilir.
**********
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ Masallı və Cəlilabad rayonlarının sərhədində olub.
Zəlzələnin maqnitudası 4.9, dərinliyi isə 13 kilometrdə yerləşib. Ətraf rayonlarda isə 3 bala yaxın hiss edilib.
Səid,
Sitat.info
.