İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum fırtınasından zərər çəkən yüzlərlə insanın xəstəxanalara yerləşdirildiyi bildirilib.
Sitat.info xəbər verir ki, İranda Sistan-Bəlucistan Təcili Yardım sədri Məcid Muhibbi qum fırtınası haqqında məlumat verib.
Muhibbi deyib: "120 günlük küləklər içərisində Sistan-Bəlucistanın şimalında yerləşən Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində 488 nəfər xəstəxanalara müraciət edib. Onlardan 64-ü xəstəxanaya yerləşdirilib".
Seymur Bənnayev
Sitat.info