Yunanıstanda 5 gündür davam edən və yaşayış məntəqələrini təhdid edən yanğınlar güclü külək səbəbindən nəzarət altına alına bilməyib.
Sitat.info xəbər verir ki, Aleksandrupolidə yanğının 5-ci günündə də davam etdiyi üçün ölkənin qərb cinahında yanğın daha da güclənib.
Qərbi Trakyadakı Meriç və Rodop bölgələrinə də təsir edən Dedeağaçdakı yanğın səbəbindən bu səhər Eqnatiya yolu bağlanıb.
Saloniki və Avropaya getmək istəyən avtomobillərə Bolqarıstan üzərindən davam etmələri tövsiyə edilib.
Fransa, Almaniya, İtaliya kimi Avropa ölkələrində yaşayan və yay tətilindən Türkiyədən qayıdan bir çox türk bu vəziyyətdən mənfi təsirlənənlər arasındadır.
Aytəkin Əliyeva
Sitat.info