ABŞ Dövlət Departamenti 2017-ci ildə qüvvəyə minən və o vaxtdan bəri hər il yenilənən Şimali Koreyaya səyahət üçün ABŞ pasportundan istifadəni qadağan edən qərarın müddətini 31 avqust 2024-cü ilə qədər uzaddığını açıqlayıb.
Sitat.info xəbər verir ki, ABŞ Dövlət Departamentinin qərarı Şimali Koreyanın nüvə və ballistik raket proqramları və Şimali Koreyaya “icazəsiz və qeyri-qanuni” daxil olduğu deyilən ABŞ əsgəri Travis Kinqin qeyri-müəyyən vəziyyəti səbəbindən “eskalasiyanın” yaşandığı bir vaxtda verilib.
Xarici işlər naziri Antoni Blinkenin imzaladığı sirkulyarda Şimali Koreyaya getmək istəyən Amerika vətəndaşlarına xüsusi icazə alınmadığı təqdirdə səyahət qadağasının 31 avqust 2024-cü ilə qədər uzadıldığı bildirilib.
Seymur Bənnayev
Sitat.info