Kreml Azərbaycana qarşı təxribat edən Delyaqinin cəzasını verəcəkmi?

12:05 30 Mart 2022

Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqinin açıqlaması yolverilməzdir.

APA xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya hökuməti yuxarıda adıçəkilən deputatın açıqlamasını qınayıb və üzr istənilib.

Səfir vurğulayıb ki, Rusiyanın Azərbaycanla əlaqələri möhtəşəmdir.

Xatırladaq ki, Rusiya Dövlət Dumasının iqtisadi siyasət Komitəsinin sədr müavini Mixal Delyaqin martın 28-də Rusiyanın “Rossiya1” və “Pervıy” federal kanallarında müvafiq olaraq yayımlanan “60 dəqiqə” və “Vremya pokajet” tok şousunda Azərbaycanın ərazi bütövlüyünə, ümumilikdə dövlətçiliyimizə qarşı açıq təxribata yol verib, dövlətimizin ünvanına təhdidlər səsləndirilib. Rusiyalı deputat Azərbaycanı ölkəsi üçün təhdid adlandıraraq Azərbaycanın neft sənayesini məhv etməyə çağırış edib.



Xəbər xətti