Rusiya Ermənistandan həmişəlik yox olacaq – Səfilyan

13:34 23 Avqust 2023

Rusiya Ermənistandan həmişəlik yox olacaq.

Sitat.info xəbər verir ki, bunu “Sasna çrer” terror qruplaşmasının rəhbəri Jirayr Səfilyan deyib.

“Söhbət Rusiyanın bölgədən çəkilməsindən gedirsə, o zaman aydındır ki, bu sistem buradan yoxa çıxacaq və bu fürsəti əldən vermək olmaz. Bu, əbədi olmalıdır. Biz ermənilər daha heç bir başqa zülmkar sistemin ölkəmizi idarə etməsinə imkan verməməliyik. Tərəfdaşlarımızı əmin edirik ki, bu fürsət yaxın günlərdə bizə veriləcək”, - Səfilyan bildirib.



Xəbər xətti