Sülhməramlılar Qarabağdadır və Ukraynaya göndərilməyib- RƏSMİ

12:14 30 Mart 2022

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Qarabağdakı sülhməramlı kontingentin Ukraynaya göndərilməsi məsələsinə münasibət bildirib.

Səfir keçirdiyi mətbuat konfransında APA-nın sualına cavab olaraq bildirib ki, bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

“Sülhməramlılar Qarabağdadır və Ukraynaya göndərilməyib”, - diplomat vurğulayıb.



Xəbər xətti