Rusiya Federal Kosmik Agentliyi “Progress MS-24” yük maşınının Qazaxıstanın Baykonur Kosmodromundan “Soyuz-2.1a” daşıyıcı raketi ilə kosmosa buraxıldığını açıqlayıb.
Sitat.info xəbər verir ki, Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamada “Proqres-MS-24” yük gəmisini daşıyan “Soyuz-2.1a” raketinin yerli vaxtla saat 04:08-də Qazaxıstanın Baykonur Kosmodromundan uğurla buraxıldığı bildirilib.
Təxminən 1535 kiloqram avadanlıq, 500 kiloqram yanacaq, 420 litr içməli su, eksperimental qurğular, qida, geyim və tibbi ləvazimatlardan ibarət təxminən 2,5 ton yük daşıyan kosmik gəminin Beynəlxalq Kosmik Stansiyaya 2 gün sonra çatması gözlənilir.
Qeyd edək ki, Rusiya bu il üçüncü “Progress MS” aparatını kosmosa çıxararıb. Kosmik gəmi 6-cı dəfə Baykonur kosmodromundan buraxılıb.
Seymur Bənnayev
Sitat.info