Putin: Ukraynadakı müharibəni Qərb dövlətləri başlatdı

17:11 23 Avqust 2023

Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibənin Qərb ölkələrinin atdığı addımlar səbəbindən başladığını ifadə edərək deyib: “Ukraynadakı hərəkətlərimizi yalnız bir şey müəyyən edir: Qərbin və onun müttəfiqləri tərəfindən Donbasta yaşayan insanlara qarşı başladılan müharibəyə son qoymaq".

Sitat.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən BRİKS-in 15-ci Sammiti çərçivəsində videokonfrans vasitəsilə liderlərin görüşündə iştirak edib.

Çıxışında BRİKS-in qlobal arenada sanballı mövqe qazandığını bildirən Putin: "BRIKS-in dünyada baş verən proseslərə təsiri durmadan güclənir. İttifaqın gələcək üçün strateji istiqaməti olsa da, beynəlxalq ictimaiyyətin böyük əksəriyyətinin, yəni qlobal əksəriyyətin tələblərə cavab verir", - deyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti