Yunanıstanda nəzarət altına alına bilməyən yanğınlar səbəbindən yaşayış məntəqələrinin boşaldılması davam edir.
Sitat.info xəbər verir ki, Yunanıstanın paytaxtı Afinanın şimalında yerləşən Amiqdaleza Mühacir Düşərgəsinin yanğının bölgəyə yaxınlaşması ilə əlaqədar təhlükəsizlik səbəbiylə boşaldılmasına qərar verilib.
Yunanıstan Dövlət Agentliyi AMNA-nın xəbərinə görə, Filidəki yanğının düşərgələrə çatması səbəbindən burada qalan 600 immiqrant Malakasa və Petru Rallidəki qonaq evlərinə köçürülüb.
Yunanıstan Polis Xidmətinin Amiqdalezadakı bölmələrinin hələlik boşaldılmasına ehtiyac olmasa da, yanğının yaxınlaşması halında təxliyə üçün hazır olmaları istənilib.
Seymur Bənnayev
Sitat.info