Dünyanın ən böyük üzən dəniz KES-i istifadəyə verildi

21:28 23 Avqust 2023

Dünyanın ən böyük üzən dəniz külək elektrik stansiyası (KES) “The Hywind Tampen”in rəsmi açılışı olub.

Sitat.info xəbər verir ki, Norveç mərkəzli enerji şirkəti Equinor tərəfindən edilən açıqlamaya görə, ümumi quraşdırılmış gücü 88 meqavat olan elektrik stansiyasının ildə 200 min ton karbon emissiyasının qarşısını alması gözlənilir.

Norveçin Şimal dənizindən 140 kilometr aralıda inşa edilən elektrik stansiyası cəmi 11 turbindən ibarətdir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti