Ərbil quraqlıqla mübarizə aparır: 55 quyu quruyub

21:33 23 Avqust 2023

İraqın Ərbil şəhərində bu il quraqlıq və iqlim dəyişikliyi səbəbindən 55 quyunun quruduğu bildirilib.

Sitat.info xəbər verir ki, İraqdakı quraqlıq və səhralaşma su ehtiyatlarına mənfi təsir göstərir. Ölkə daxilində yaşanan susuzluq problemi şimaldakı şəhərlərdə də öz təsirini göstərir.

Ərbil Su İşləri Müdiri Zərdəşt ƏbdulXalik şəhər mərkəzi, Ərbil düzü, Kəsnəzan mahalı, Daratu, Şaves və Pərzin kimi bölgələrin Ərbildəki 1240 quyudan faydalandığını söyləyib.

Əbdulxalik: "Bu il Ərbildə 55 quyu quruyub. Ərbil Su İşləri Müdirliyi olaraq 60 yeni quyu qazmağı planlaşdırırıq", - deyib.

İraq Kürd Regional Rəhbərliyinin (İKRR) Su və Kanalizasiya İşləri Baş İdarəsinin məlumatlarına görə, bölgədə 5740 içməli su quyusu var.

İKRR su problemini qurduğu bəndlər, gölməçələr və quyularla həll etməyə çalışır. Lakin quyuların qurudulması vətəndaşların gündəlik həyatına da mənfi təsir göstərir.

Şəhərin bəzi məhəllələrində həftələrlə davam edən su kəsilməsi səbəbindən insanlar bəzən küçələrə çıxaraq kiçik miqyaslı etiraz aksiyaları keçirirlər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti