Argentina qarışdı! Marketlər talan edildi: 30 nəfər həbs edildi

22:28 23 Avqust 2023

Argentinanın Kordoba və Mendoza əyalətlərində marketlər talan edilib. 30 nəfər saxlanılıb, polis nəzarəti gücləndirilib.

Sitat.info xəbər verir ki, Argentinada baş verən iqtisadi böhran səbəbindən camaat marketləri talan edib. Kordoba və Mendoza ştatlarında həftəsonu baş verən hadisələr zamanı onlarla motosikletli talançı marketlərə basqın edərək rəfləri boşaldıblar.

Market ətrafında böyük çaxnaşma yaşansa da, talançılar sürətlə hadisə yerindən qaçıblar. Hökumət rəsmiləri bildiriblər ki, bu hərəkətlər sui-qəsddir və ölkədə qarşıdan gələn prezident seçkiləri kampaniyası zamanı çaşqınlıq və inamsızlıq yaratmaq üçün planlaşdırılıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti