Tarixi missiya yerinə yetirildi! Hindistan Ayın cənubuna enən ilk ölkə oldu

22:34 23 Avqust 2023

Hindistan "Chandrayaan-3" adlı missiyası ilə tarix yazdı. Hindistan Ayın cənubuna enən ilk ölkə oldu.

Sitat.info xəbər verir ki, “Chandrayaan-3” planetimizin yeganə peyki olan Aya uğurla eniş edib.

Missiyanın uğurundan sonra Hindistan Ayın az tədqiq edilmiş cənub qütbünə yaxın yerə enən ilk ölkə oldu.

Missiyanın əsas məqsədlərindən biri alimlərin fikrincə, gələcəkdə Ayda insanların məskunlaşmasına kömək edə biləcək su əsaslı buzları kəşf etməkdir.

Hindistanın bu cəhdi Rusiyanın “Luna-25” təyyarəsinin eyni bölgəyə eniş etmək istəyərkən qəzaya uğramasından bir neçə gün sonra baş verib.

Qeyd edək ki, Hindistan Aya yumşaq eniş edən dördüncü ölkə oldu. Əvvəllər buna nail olmuş üç ölkə, ABŞ, Sovet İttifaqı və Çin ekvator xəttinə yaxın yerə enib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti