Argentinada 6,2 bal gücündə zəlzələ baş verib

22:38 23 Avqust 2023

Cənubi Amerika ölkəsi olan Argentinada 6,2 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, ABŞ Geoloji Xidməti (ABŞ GX) zəlzələnin episentrinin ölkənin şimalındakı Santyaqo del Estero şəhərindən 130 kilometr şimal-şərqdə olduğunu açıqlayıb.

Zəlzələnin 568 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Argentinada baş verən zəlzələdən bir neçə dəqiqə əvvəl Çilidə 5,2 bal gücündə zəlzələnin baş verdiyi bildirilib.

ABŞ GX Çilidə baş verən 5,2 bal gücündə zəlzələnin episentrini Tamaruqal əyalətindəki La Tirana şəhərindən 56 kilometr şərqdə təsvir edib.

İlk təsbitlərə görə, hər iki ölkədə can və ya mal itkisi olmayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti