Viktor Krivopuskov İrəvana buraxılmadı

11:24 24 Avqust 2023

Rəsmi İrəvan Rusiya-Ermənistan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbəri Viktor Krivopuskovu ölkəyə buraxmayıb.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqının Teleqram kanalında məlumat yayılıb.

O, avqustun 24-də səhər saatlarında “Aeroflot”a məxsus təyyarə ilə Moskvadan İrəvana uçsa da, “Zvartnots” hava limanında V.Krivopuskovun sərhədi keçməsinə icazə verilməyib.

Qeyd edək ki, o, 2009-2013-cü illərdə “Rossotrudniçestvo”nun Ermənistandakı nümayəndəliyinin rəhbəri, Rusiya Federasiyasının Ermənistandakı səfirliyinin müşaviri olub.



Xəbər xətti