Aİ-nin sosial şəbəkələr üçün sərt qaydaları qüvvəyə minir

12:59 24 Avqust 2023

Avropa İttifaqı (Aİ) dezinformasiyanın qarşısının alınması və qeyri-qanuni məzmunun sürətlə silinməsi kimi yeni sərt qaydalarını sabahdan çoxlu istifadəçi sayına malik Google, Facebook və YouTube kimi dünyanın ən böyük texnologiya platformalarına tətbiq etməyə başlayacaq.

Sitat.info xəbər verir ki, Aİ-nin Rəqəmsal Xidmətlər Aktı (RXA) çərçivəsində Avropa ölkələrində fəaliyyət göstərən əsas rəqəmsal platformalar, axtarış sistemləri və alış-veriş saytları avqustun 25-dən etibarən daha sərt qaydalara tabe olacaq.

Texnologiya şirkətlərinin iş tərzini köklü şəkildə dəyişdirəcəyi gözlənilən qanun indi Avropa ölkələrində 45 milyondan çox istifadəçisi olan çox böyük rəqəmsal platformaları əhatə edir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti