Baydenin "kəhanəti": Priqojinə xəbərdarlıq etmişdi...

13:13 24 Avqust 2023

ABŞ prezidenti Co Bayden ötən gecə Vaqner rəhbəri Yevgeni  Priqojinin ölümü ilə bağlı operativ açıqlama verərək, baş verənlərdən  təəccüblənmədiyii bildirmişdi və bununla da hadisənin arxasında Rusiya prezidenti Vladimir Putinin durduğuna eyham vurmuşdu.

Sitat.info xəbər verir ki, Bayden Priqojinin gec olsa cəzasını alacağını öncədən proqnozlaşdırmış , hətta bununla bağlı Vaqner rəhbərinə xəbərdarlıq da etmişdi.

ABŞ prezidenti iyulun ortalarında Finlandiyaya səfəri zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar vemişdi. Çıxışında Vaqner liderinə məsləhətlər verən ABŞ prezidenti Bayden, mümkün zəhərlənmə ilə bağlı Priqojinə diqqətli olmasını tapşırmışdı. Açıq aşkar ona, yediyinə -içdiyinə diqqət elə demişdi.

Putinin adətən ona qarşı çıxanları zəhərləyərək öldürdüyünü nəzərdə tutan Bayden bu sözləri desə də, Putinin öz aşpazına belə dəhşətli bir sonluq hazırlayacağını bəlkə də ağlına gətiməmişdi.

Onu da qeyd edək ki, iyulun sonunda ABŞ  Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Vaqnerin rəhbəri Yevgeni Proqojin haqqında açıqlamalar vermişdi. CIA direktoru Putinin qisas almaq üçün gözləyə biləcəyini söyləmişdi: “Putin ümumiyyətlə intiqamın ən yaxşı soyuq yemək olduğunu düşünən biridir. Mənim təcrübəmə görə, Putin intiqamçı bir apostoldur və Priqojin əlavə cəzadan xilas ola bilsə, təəccüblənərəm”.

Nərgiz,

Sitat.info



Xəbər xətti