"Flightradar" xidməti ən son məlumatları Embraerin təxminən 6 km hündürlükdə olduğu vaxt alıb.
Tver vilayətində qəzaya uğrayan və sərnişinləri arasında Yevgeni Priqojinin də olduğu “Embraer” təyyarəsi düşməyə başlamazdan əvvəl qısa müddət ərzində bir neçə dəfə hündürlük əldə edib və itirib.
Sitat.info xəbər verir ki, bu barədə Flightradar xidmətinin hesabatında deyilir.
Bu hesabata görə, təyyarə çərşənbə günü Moskva vaxtı ilə saat 18:19-a qədər təxminən 8,5 km yüksəklikdə olub, sonra şaquli sürəti kəskin şəkildə aşağı düşüb, hündürlüyünü itirib. Bundan sonra təyyarə təxminən 9,15 km maksimum hündürlüyə çatdı, sonra isə 8,4 km-ə düşdü. Sonra o, hündürlüyü təxminən 8,9 km-də düzəldib, bundan sonra kəskin şəkildə enməyə başlayıb.
Flightradar ən son məlumatları təyyarə təxminən 6 km hündürlükdə olarkən alıb. Bütün bu dəyişikliklər 32 saniyə ərzində baş verib.
Ayna,
Sitat.info