İranda güclü qum fırtınası: 800 nəfər xəsarət aldı

19:00 24 Avqust 2023

İranın Sistan və Bəlucistan əyalətində son 3 gün ərzində qum fırtınası nəticəsində 800 insan zərər çəkib.

Sitat.info xəbər verir ki, bu barədə əyalətin Böhran İdarəetməsi Departamentinin baş direktoru Məcid Mohebi məlumat yayıb.

“Xəstəxanalara müraciət edənlərdən 83-ü palatalara yerləşdirilib”, - o bildirib.



Xəbər xətti