Putin Priqojin üçün başsağlığı verdi: O, istedadlı idi, lakin səhvlər etdi

21:37 24 Avqust 2023

Rusiya prezidenti Putin Tverdə baş verən təyyarə qəzasında həyatını itirənlərə, o cümlədən Vaqnerin lideri Priqojinin ailəsinə başsağlığı verib. Putin hadisə ilə bağlı başladılan istintaq üçün "Sona qədər gedəcəyik" deyib.

Sitat.info xəbər verir ki, Rusiyalı muzdlulardan ibarət “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin şəxsi təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olması gündəmin əsas mövzusudur.

Rusiya prezidenti Vladimir Putin bu gün  Kremldə qondarma Donetsk Xalq Respublikasının müvəqqəti prezidenti Denis Puşilinlə görüşüb.

Vaqnerin qurucusu Yevgeni Priqojinin öldüyü bildirilən Tver vilayətində şəxsi təyyarənin qəzaya uğramasına münasibət bildirən Putin deyib: “Bu təyyarə qəzası ilə bağlı bütün həlak olanların ailələrinə başsağlığı vermək istərdim. Bu bir faciədir".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti