Kanadanın Britaniya Kolumbiyası əyalətində meşə yanğınları zamanı yanğın burulğanı yaranıb. Bildirilib ki, 2023-cü il meşə yanğınları mövsümü ölkə tarixində ən pis meşə yanğınları mövsümü olub.
Sitat.info xəbər verir ki, Kanada meşə yanğınları ilə mübarizə aparır. Britaniya Kolumbiyası əyalətində yanğınlar davam edərkən, Daunton gölündə yanğın burulğanı əmələ gəlib.
Britaniya Kolumbiyası Yanğın Xidmətindən verilən açıqlamaya görə, dağdan gələn soyuq cərəyan Gun gölündən keçərək Downton gölünün ətrafında davam edən yanğın zamanı yanğın burulğanına səbəb olub.
Seymur Bənnayev
Sitat.info