Ümumdünya Ticarət Təşkilatı (ÜTT) güclü avtomobil tələbinin dəstəyi ilə qlobal ticarətdə artım olduğunu bildirib.
Sitat.info xəbər verir ki, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) verdiyi açıqlamada “Məhsul Ticarət Barometri”nə əsasən, bu ilin iyun ayında qlobal ticarətdə artımın müşahidə edildiyi bildirilib.
Açıqlamada, may ayında 95,6 olan ticarət barometrinin iyunda 99,1-ə yüksəldiyi, güclü avtomobil istehsalı və satışı sayəsində qlobal məhsul ticarətinin 2023-cü ilin ikinci rübündə canlandığı qeyd edilib.
Açıqlamada, ixrac sifarişləri məhdud qalsa, bu ilin üçüncü rübündə qlobal məhsul ticarətində artım tempinin məhdud qala biləcəyinə diqqət çəkilib.
Seymur Bənnayev
Sitat.info