İsveçrədə ilin ən isti günü yaşanıb

23:31 24 Avqust 2023

İsveçrənin Cenevrə kantonunda termometrlər 38 dərəcəyə çatıb və avqustun 24-ü ilin ən isti günü kimi qeydə alınıb.

Sitat.info xəbər verir ki, "Meteonews" şirkəti Cenevrədəki termometrlərin ilin ən yüksək temperaturu olan 38 dərəcəni göstərdiyini açıqlayıb.

Bu ilin ən yüksək temperaturunun bu il iyulun 11-də Qraubünden kantonunda yerləşən Çur şəhərində müşahidə edildiyini xatırladan yazıda: "Hələ ilin sonuna çatmamışıq, görək hava nə qədər isti olacaq", - deyilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti