Yunanıstanın paytaxtı Afinada 6 gündür davam edən meşə yanğınları ilə mübarizənin yetərsiz olduğu bildirilir.
Sitat.info xəbər verir ki, Yunanıstanda İrqçilik və Faşist Təhdidi ilə Mübarizə Hərəkatının (KEERFA) çağırışı ilə şəhər mərkəzində keçirilən aksiyada ölkənin müxtəlif bölgələrində baş verən yanğınların 6 gündür nəzarət altına alına bilmədiyi diqqətə çatdırılıb.
Aktivistlərin nümayişdə oxuduqları açıqlamada yanğınların nəzarətdən çıxmasına tək səbəbin iqlim böhranı olmadığı, yanğınsöndürmə idarəsindəki personalın sayının və nəqliyyat vasitələrinin olmamasının da səbəb olduğu bildirilib.
Fəallar əllərində “Qurbanlara ədalət”, “Yanğınsöndürmə briqadasını gücləndirin” və “Meşələri qoruyun” sözləri yazılmış plakatlar qaldırıblar.
Seymur Bənnayev
Sitat.info