ABŞ Müdafiə Nazirliyi (Pentaqon) F-16 döyüş təyyarələrindən səmərəli istifadə etmək və bunun üçün lazım olacaq bacarıqları əldə etmək üçün ukraynalı pilotlara təlimlərə başlayacağını açıqlayıb.
Sitat.info xəbər verir ki, Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder Arizona ştatının Tucson şəhərində ukraynalı pilotlar üçün planlaşdırılan F-16 təlimləri haqqında məlumat verib.
Ukraynalı pilotlara F-16 təlimi verməyə başlayacaqlarını ifadə edən Ryder, bu təlimin Ukraynanın uzunmüddətli müdafiəsini inkişaf etdirmək və gücləndirmək üçün beynəlxalq səyləri dəstəklədiyini deyib.
Seymur Bənnayev
Sitat.info