Birləşmiş Millətlər Təşkilatı Rusiyanın iyulun 17-də Qara Dəniz Taxıl Dəhlizi Sazişindən çıxmaq qərarından sonra Ukraynadakı müharibənin şiddətinin artdığı barədə xəbərdarlıq edib.
Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında Ukraynadakı son hadisələr müzakirə edilib.
Burada üzv dövlətləri məlumatlandıran BMT baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini Rozmari DiKarlo bəyan edib ki, BMT Nizamnaməsini də pozan Rusiya-Ukrayna müharibəsi tezliklə bitməyəcək.
DiKarlo qeyd edib ki, BMT Ukraynada ədalətli və davamlı sülh üçün bütün "mənalı səyləri" dəstəkləməyə davam edəcək.
Seymur Bənnayev
Sitat.info