Rusiya sanksiyalara görə beynəlxalq ticarətdə alternativ yollar hazırlayır

13:38 25 Avqust 2023

Rusiya sanksiyalardan sonra beynəlxalq ticarətdə Şimal Dəniz Yolu və Şimal-Cənub Dəhlizi kimi alternativ yolların inkişafını sürətləndirərək beynəlxalq ticarət yollarını əsaslı şəkildə dəyişmək istəyir.

Sitat.info xəbər verir ki, Qərb ölkələri Ukrayna müharibəsi səbəbindən bazarlarını, xüsusilə enerjini Rusiya dövlətinə və şirkətlərinə bağlamaq istəyir. Bununla da xarici ticarətdə alternativ bazarlar Rusiya üçün əhəmiyyət qazanır.

Xüsusilə enerji ticarətində Rusiyanın Çin və Hindistana ixracı əhəmiyyətli dərəcədə artıb. Rusiyanın Yaxın Şərq, Latın Amerikası və Afrika ölkələrinə də marağı artmaqdadır.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti