İranda sərhədçi öldürüldü

15:55 25 Avqust 2023

İranın Sistan və Bəlucistan əyalətinin Mircavə bölgəsində Riq Malik sərhəd alayının sərhədçisi Məhəmməd Atəşzayi naməlum silahlı şəxslər tərəfindən öldürülüb.

Sitat.info xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

Məlumatda sərhədçinin snayper ilə öldürüldüyü bildirilib.

Heç bir qrup hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.



Xəbər xətti