Finlandiya rusiyalı nasist lideri həbs etdi

17:07 25 Avqust 2023

Rusiyadakı “Rusiç” neonasist qruplaşmasının rəhbəri Yan Petrovski Finlandiyada saxlanılıb.

Sitat.info xəbər verir ki, bu barədə “MTV Uutis” telekanalı məlumat yayıb.

Məlumata görə, Petrovski 2014-2015-ci illərdə Donbasda cinayətlər törətməkdə ittiham olunurdu. Hazırda Ukrayna tərəfi Finlandiyadan onun ekstradisiyasını tələb edir.



Xəbər xətti