Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşü haqda danışıb.
Sitat.info xəbər verir ki, Zelenski Facebook hesabındakı video paylaşımında "Xarici işlər naziri Hakan Fidanla görüşdük. Bir çox mühüm məsələləri müzakirə etdik. Sülh formulu, Qlobal Sülh Sammitinə hazırlıq, Rusiyanın Qara dəniz taxıl dəhlizinin blokadası ilə bağlı risklər".
Ukrayna prezidenti Zelenski ölkəsinə verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib.
Rəsmi səfəri çərçivəsində Kiyevə gedən nazir Fidan Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak, eləcə də Zelenski ilə görüşüb.
Seymur Bənnayev
Sitat.info