Rusiya İstintaq Komitəsi: Tverdə qəzaya uğrayan təyyarənin qalıqları arasından 10 nəfərin cəsədi tapılıb

21:40 25 Avqust 2023

Rusiya İstintaq Komitəsi Tverdə qəzaya uğrayan şəxsi təyyarənin qalıqları arasından 10 nəfərin cəsədinin tapıldığını açıqlayıb.

Sitat.info xəbər verir ki, Rusiya İstintaq Komitəsinin verdiyi açıqlamada Tverdə qəzaya uğrayan şəxsi təyyarə ilə bağlı təfərrüatlı araşdırmanın davam etdiyi bildirilib.

Təyyarənin qara qutusunun tapıldığına diqqət çəkən açıqlamada: "Təyyarə qəzası ilə bağlı bütün şərtlərin müəyyən edilməsi üçün lazım olan mal və sənədlər ələ keçirildi. Həmçinin lazımi məhkəmə-tibbi analizlər aparılır. Bütün mümkün variantlar, baş verənlər istintaq çərçivəsində diqqətlə yoxlanılacaq", - deyilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti