Federal Ehtiyat Sisteminin sədri Jerome Pauell, lazım gələrsə, faiz dərəcələrini daha da artırmağa hazır olduqlarını ifadə edərək deyib: "İnflyasiyanın davamlı şəkildə hədəfimizə doğru irəliləyəcəyinə əmin olana qədər siyasətimizi məhdudlaşdırıcı səviyyədə saxlamaq niyyətindəyik".
Sitat.info xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauel Kanzas Siti Fed-in ev sahibliyi etdiyi Cekson Hole İqtisadi Siyasət Simpoziumunda pul siyasəti və qiymət sabitliyi mövzusunda çıxış edib.
Bu il mövzusu "Qlobal İqtisadiyyatda Struktur Dəyişikliklər" olan simpoziumdakı çıxışında Pauell bu il "inflyasiyanın 2 faizlik hədəfə endirilməsi üçün çalışacaqları" mesajını verəcəyini qeyd edib.
Seymur Bənnayev
Sitat.info