Kanada Ukraynaya yeni səfir təyin edib

21:45 25 Avqust 2023

Kanada Ukraynanın 32-ci Müstəqillik Günündə ölkəyə yeni səfir təyin edib.

Sitat.info xəbər verir ki, Kanada Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Kanadanın xarici işlər naziri Melani Colinin 4 ildir Ukraynada işləyən Larisa Qaladzanın yerinə Natalka Cmoc-u səfir təyin etdiyi bildirilib.

“Ukraynalılar müstəqillik və suverenlik uğrunda mübarizəni davam etdirdikcə, Kanada güclü tərəfdaş olaraq qalır və Ukraynanın bərpası və inkişafını dəstəkləmək üçün orada olacaq”, - bəyanatda deyilir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti