G7 xarici işlər nazirləri Şimali Koreyanın peyk göndərmək cəhdini pisləyib

21:48 25 Avqust 2023

G7 ölkələrinin xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Şimali Koreyanın ballistik raket texnologiyasından istifadə edərək orbitə peyk çıxarmaq cəhdini kəskin şəkildə pisləyib.

Sitat.info xəbər verir ki, bu barədə G7 xarici işlər nazirləri və Aİ ali nümayəndəsi birgə bəyanat verib.

"Biz Şimali Koreyanın ballistik raket texnologiyasından istifadə etmək sınağını qətiyyətlə pisləyirik", - G7 xarici işlər nazirləri və Aİ ali nümayəndəsinin birgə bəyanatında deyilir.

Sözügedən sınağın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) müvafiq qətnamələrinin pozulması olduğuna diqqət çəkilərək, bu sınağın “regional və beynəlxalq sülh və sabitliyə təhdid” olduğu bildirilib.

Kənan Bənnayev

Sitat.info



Xəbər xətti