Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyada təyyarə qəzasında həlak olan “Vaqner” qrupunun lideri Yevgeni Priqojin haqqında: "Priqojinin təhlükəsizliyinə zəmanət verməmişəm”, - deyib.
Sitat.info xəbər verir ki, avqustun 23-də Rusiya muzdluları “Vaqner” qrupunun lideri Yevgeni Priqojin Rusiyada təyyarə qəzasında həlak olduqdan sonra Belarus prezidenti Aleksandr Lukaşenko açıqlama verib.
"Priqojinin təhlükəsizliyinə mən cavabdeh olmamalıyam. İlk şey budur. İkincisi, bu, ümumiyyətlə, müzakirə olunmamalıdır. “Vaqner əsgərlərinin Belarusda qalmasının eybi yoxdur”, - deyən Lukaşenko: “Vaqner Belarusda yaşayıb, yaşayır və yaşayacaq. Qrupun qərargahı burada qalır. Nə qədər ki, bu qrupa ehtiyacımız var, onlar bizimlə yaşayıb işləyəcəklər”, - deyib.
Kənan Bənnayev
Sitat.info