Aİ-nin rəqəmsal sosial media platformalarının təhlükəsizliyini artırmaq üçün “Rəqəmsal Xidmətlər Aktı” qüvvəyə minib.
Sitat.info xəbər verir ki, Avropa Birliyinin virtual dünyaya böyük təsir göstərəcək “Rəqəmsal Xidmətlər Aktı (RXA)” qüvvəyə minib. Qanun çərçivəsində Google, Facebook, TikTok kimi sosial media platformaları və Aİ-də fəaliyyət göstərən böyük texnologiya şirkətləri bu gündən etibarən dərc etdikləri məzmuna ciddi nəzarət edəcək.
İstifadəçilərin onlayn təhlükəsizliyini təmin etmək üçün yaradılan qanunla xidmət şərtlərini pozan nifrət nitqi və s. kimi zərərli məzmunun yayılmasının qarşısı alınacaq.
Yeni tənzimləmə Aİ vətəndaşlarının rəqəmsal platformalarda məxfilik və ifadə azadlığı kimi əsas hüquqlarının qorunmasını təmin edəcək.
Uyğun olmayan platformalar qlobal gəlirlərinin 6%-nə qədər milyardlarla dollar cərimə ilə üzləşəcək və ya Aİ-dəki fəaliyyətlərinə xitam veriləcək.
Seymur Bənnayev
Sitat.info