İsrailli fəallar Benyamin Netanyahu hökumətinin ifrat sağçı siyasətinə etiraz olaraq milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin evinin yerləşdiyi qeyri-qanuni yəhudi qəsəbəsində nümayiş keçirib.
Sitat.info xəbər verir ki, İsrailli hüquq müdafiəçiləri işğal altındakı İordan çayının qərb sahilinin Hebron şəhərində qeyri-qanuni yəhudi yaşayış məntəqəsi olan “Kiryat Arba”da İsrail naziri Ben-Qvirin evinin yaxınlığında toplaşıb.
Etirazçılar əllərində “İtamar Ben Gvir: Milli Terrorla Mübarizə Naziri”, “İşğal etdik, susuruq, işğal altındayıq”, “İşğala qarşı birik” yazılmış plakatlar qaldırıblar.
Seymur Bənnayev
Sitat.info