Yunanıstanda 20 nəfərin ölümünə səbəb olan meşə yanğınları ilə əlaqədar yanğın törətməkdə şübhəli bilinən 140 nəfər saxlanılıb.
Sitat.info xəbər verir ki, Yunanıstanın Qərbi Trakya bölgəsində və paytaxt Afina ətrafında baş verən yanğınlarla əlaqədar polis araşdırmalara başlayıb. Yunanıstan hökumətinin sözçüsü Pavlos Marinakis istintaqla bağlı açıqlamasında bildirib ki, 19 avqustdan bu yana yanğınlarla əlaqədar yanğın törətməkdə şübhəli bilinən 140 nəfər saxlanılıb.
Saxlanılanlardan 79-u haqqında ittiham irəli sürüldüyünü deyən Marinakis, işlərin 62-nin təsadüfi yanğın, 11-nin isə qəsdən törədilməsi ilə bağlı olduğu bildirib.
Kənan Bənnayev
Sitat.info