Dünyada 90 mindən çox meymun çiçəyi virusuna yoluxma halı qeydə alınıb

22:21 25 Avqust 2023

Ümumdünya Səhiyyə Təşkilatı dünyada meymun çiçəyi virusuna yoluxma hallarının 90 mindən çox olduğunu açıqlayıb. Açıqlamada virusun 156 nəfərin ölümünə səbəb olduğu da bildirilib.

Sitat.info xəbər verir ki, dünyada minlərlə insan meymun çiçəyi virusuna yoluxub. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib. Qebreyesus ÜST-nin həftəlik mətbuat konfransında 2 həftə əvvəl "Covid-19"un uzunmüddətli idarə olunması ilə bağlı daimi tövsiyələr dərc etdiklərini və bu virusun qlobal sağlamlıq təhlükəsi olmağa davam etdiyini söyləyib.

Kənan Bənnayev

​​​​​​​Sitat.info

 



Xəbər xətti