İsraillə böyük müharibə başlayır - Aruri

09:15 26 Avqust 2023

Qəzza zolağında HƏMAS İsraillə genişmiqyaslı müharibəyə hazırdır.

Sitat.info xəbər verir ki, bu sözləri Livanın “Əl-Mayadin” telekanalına açıqlamasında hərəkatın siyasi bürosunun sədr müavini Saleh əl-Aruri deyib.

“Müqavimət tammiqyaslı müharibəyə hazırdır. İsrail görünməmiş məğlubiyyətə düçar olacaq”, - o bildirib.

Saleh əl-Arurinin sözlərinə görə, hərəkat bağlı qapılar arxasında tammiqyaslı müharibə haqda müzakirələr aparır.



Xəbər xətti