Laçında məşhur fotoqrafın layihəsi

18:07 26 Avqust 2023

Dünya şöhrətli fotoqraf Rza Deqatinin Laçında “Evim, gözəl evim!” layihəsi təqdim olunub.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də yazıb.

“Laçında Rza Deqatinin “Evim, gözəl evim!” layihəsi. Baba-nənələri və valideyni Ermənistanda etnik təmizləmənin qurbanı olmuş 100 uşağın fotoları. Lakin 30 il ərzində Laçının Ermənistanın dağıdıcı işğalından azad edilməsi ilə onlar öz vətənlərinə, Laçına qayıdırlar”,- paylaşımda qeyd olunub.



Xəbər xətti