Ukrayna və Qərb yeni strategiyanı müzakirə edir

18:59 26 Avqust 2023

Ukrayna və Qərbin hərbi komandanlığı növbəti il ​​üçün Ukrayna Silahlı Qüvvələrinin yeni strategiyasını müzakirə etməyə başlayıb.

Sitat.info xəbər verir ki, bu barədə “Quardian” nəşri məlumat yayıb.

Məlumata görə, hərbi şura Polşa və Ukrayna sərhədində gizli yerdə toplanıb. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının da olduğu görüşdə iştirakçılar Ukraynanın hərbi strategiyasının yenidən başladılmasını və 2024-cü il üçün planları müzakirə ediblər.



Xəbər xətti