İsrail Hələb aeroportunu vurdu

10:08 28 Avqust 2023

İsrail aviasiyası Suriyanın Hələb şəhərindəki beynəlxalq aeroporta hava zərbələri endirib.

Sitat.info xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, zərbələr zamanı hava limanının uçuş-enmə zolağı ciddi zədələnib.

Hücumun Aralıq dənizi istiqamətindən edildiyi bildirilib.



Xəbər xətti